Aparıcı Mühasib
SABAH.HUB
Deadline:
2026-07-05
Full-time
Full-time
Job Summary
Mühasibat uçotunun düzgün və tam şəkildə aparılmasını təmin etmək;
Gündəlik maliyyə əməliyyatlarının mühasibat proqramında vaxtında əks etdirilməsinə nəzarət etmək;
Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçotunu aparmaq;
Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər ilkin sənədlərin hazırlanmasını və yoxlanılmasını təmin etmək;
Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər işçi ödənişlərini hesablamaq;
Aylıq, rüblük və illik vergi, statistika və digər dövlət hesabatlarını hazırlamaq və təqdim etmək;
Maliyyə hesabatlarını (Balans, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı və s.) hazırlamaq;
Əsas vəsaitlərin, amortizasiyanın, ehtiyatların və digər aktivlərin uçotunu aparmaq;
Vergi və digər dövlət qurumlarından daxil olan sorğuların cavablandırılmasını təmin etmək;
Audit yoxlamaları zamanı tələb olunan sənədləri hazırlamaq və auditorlarla əməkdaşlıq etmək;
Baş mühasibə və maliyyə rəhbərliyinə hesabatlar təqdim etmək;
Mühasibatlıq proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək.
Requirements
Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil;
Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə biliklər;
1C sistemləri və MS Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Dövlət qurumlarında və ya dövlət iştiraklı müəssisələrdə iş təcrübəsi arzuolunandır;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
PMS sertifikatı və ya IFRS üzrə biliklər üstünlük hesab olunur.
Benefits
Bazar standartlarına uyğun rəqabətli əməkhaqqı;
Tibbi sığorta və Push30 abunəliyi paketi;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları təqdim edən əməkdaş dəstək proqramları;
Şirkət tərəfindən təşkil olunan sosial tədbirlər, komanda quruculuğu fəaliyyətləri və könüllülük imkanları.
Apply now
Our programs
Our portfolio
© 2026 SABAH.HUB. All rights reserved.
