0-dan startapların yarandığı, təsisçilərin lokal və qlobal bazara təkmilləşdirilmiş məhsul ortaya çıxara bilməklərini hədəfləyin layihədir.
Partnyorlar
Qəbul prosesi
İdeyalaşdırma
İlkin mərhələdə vençur studiyaları yeni təşəbbüslər üçün innovativ ideya və konsepsiyalar yaradırlar. Bu, komandaların beyin fırtınası apardığı, potensial bazarları qiymətləndirdiyi və ilkin biznes modellərini hazırladıqları yaradıcı mərhələdir. Məqsəd yerli və qlobal bazarda müasir innovasiya tələblərinə cavab verən etibarlı və unikal dəyər təklifini müəyyən etməkdir.
Sınaq
İkinci mərhələdə vençur studio üzvləri öz fərziyyələrini sınaqdan keçirir və minimum etibarlı məhsullar (MVP) vasitəsilə biznes modellərini təsdiqləyirlər. Bu mərhələdə erkən test edənlərdən rəy toplanması, məhsul və ya xidmətin təkmilləşdirilməsi və vacib düzəlişlərin edilməsi vacibdir. Bazar uyğunluğunda uğurlu qiymətləndirilməsi üçün sınaqdan keçmiş məlumatlara əsaslanmaq, sürətli öyrənmək və daimi təkrar önəm daşıyır.
Bazara çıxış
Bazara çıxma mərhələsində studio biznes modellərini sübut edən və inkişaf potensialını nümayiş etdirən fəaliyyəti genişləndirməyə diqqət yetirir. Buraya məhsul və ya xidmətin miqyasının artırılması, yeni müştərilərin və bazarların əldə olunması, əlavə maliyyə təminatı daxildir. Məqsəd biznesi davamlı şəkildə inkişaf etdirmək və bazara güclü giriş etməkdir.
Aktiv layihələr
2School şagirdlərin məktəblərə rahat və təhlükəsiz gediş-gəliş xidmətini, müasir texnologiya sayəsində onlarla fasiləsiz əlaqə yaratmağı təmin edən startapdır.
İR komandaları üçün avtomatlaşdırılmış skrininq və ön yoxlama müsahibələri təklif edərək onların əmək xərclərini 45% azaldan startapdır.
VOYAGO səyahət planlaması və tədbirləri əlçatan etməklə, səyahəti daha yaddaqalan, strukturlu və əlçatan təcrübəyə çevirən startapdır.
Dapti, 9-11-ci sinif şagirdləri üçün imtahan hazırlığını fərdiləşdirmək məqsədilə tərtib edilmiş adaptiv öyrənmə platformasıdır. O, hər bir şagirdin fərdi ehtiyaclarına uyğun məzmun hazırlayır və onların qəbul imtahanlarında uğur qazanmaqlarına kömək edir.
Nush30, fərdiləşdirilmiş qidalanma proqramlarını və pəhriz xidmətlərini birləşdirən bir platformadır. İstifadəçilər, peşəkar dietoloqlar tərəfindən hazırlanmış fərdi yemək planlarına və çatdırılma xidmətlərinə çıxış əldə edəcəklər.
LazyLunch, korporativ şirkətləri katerinqlərlə birləşdirərək sağlam və istəyə uyğun nahar seçimlərini aylıq abunə əsasında birbaşa ofislərə çatdıran xidmətdir.
Proqramlarımız
© 2024 SABAH.HUB. Bütün haqları qorunur.