Qrafik və Motion Dizayner
SABAH.HUB
Son tarix:
2026-11-02
Full-time
Full-time
İşin qısa təsviri
Marketinq və Brendinq:
* Bütün dizayn işlərində brendin vahid üslubunu və güclü vizual kimliyini qorumaq;
* Şirkətin ümumi strategiyasına uyğun marketinq məqsəd və hədəflərinin müəyyənləşdirilməsinə töhfə vermək;
* Daxili komandalarla əməkdaşlıq edərək kreativ və marketinq layihələrinin həyata keçirilməsini dəstəkləmək.
Kreativ Dizayn və İdarəetmə:
* Şirkətin kreativ istiqamətini və dizayn üslubunu formalaşdırmaq və idarə etmək;
* Təqdimatlar, tədbirlər və kampaniyalar üçün cəlbedici vizual konsepsiyalar hazırlamaq;
* Müxtəlif kommunikasiya kanalları üçün rəqəmsal və çap materialları dizayn etmək;
* Sosial media və tanıtım məqsədləri üçün motion qrafika və animasiyalar hazırlamaq;
* Dizayn tapşırıqlarını qəbul etmək və təhlil etmək, kontent yaradılması prosesinə rəhbərlik etmək və vizual keyfiyyəti təmin etmək məqsədilə startaplarla əməkdaşlıq etmək;
* Kontent planlarını və vizual materialları nəzərdən keçirmək, optimallaşdırmaq, onların aktuallığını və effektivliyini təmin etmək.
Tələblər
* Qrafik dizayn və motion dizayn sahəsində 2–3 il iş təcrübəsi;
* Marketinq, Qrafik Dizayn, Vizual İncəsənət və ya əlaqəli sahələr üzrə bakalavr təhsilinin olması arzuolunandır;
* Qrafik və ya Motion Dizayn üzrə müvafiq sertifikatların olması üstünlükdür;
* Azərbaycan dilini sərbəst bilmək (ingilis dili biliyi əlavə üstünlükdür);
* Adobe Photoshop, Illustrator, After Effects və Premiere Pro proqramlarında işləmək bacarığı;
* MS Office proqramları üzrə yaxşı biliklərə malik olmaq;
* Brendin vizyonunu dərindən anlamaq və onu yaradıcı strategiyalara çevirmək bacarığı;
* Müştəri səyahəti (Customer Journey), marketinq kanalları və kommunikasiya huniləri (Communication Funnels) haqqında məlumatlı olmaq;
* Süni intellekt əsaslı video generasiya alətləri ilə iş təcrübəsi.
Bacarıq və Səriştələr:
Detallara və dizayn estetikasına yüksək diqqət yetirmək;
Güclü ünsiyyət və əməkdaşlıq bacarıqlarına malik olmaq;
Dinamik iş mühitində bir neçə tapşırığı eyni vaxtda idarə etmək və son tarixlərə riayət etmək bacarığı;
Rəy və təkliflərə açıq olmaq, davamlı inkişaf və təkmilləşməyə yönəlmək;
Problemlərin həllində təşəbbüskarlıq, kreativlik və dəyişən şəraitə uyğunlaşma bacarığı nümayiş etdirmək.
Üstünlüklər
* Bazar standartlarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
* Peşəkar inkişaf və karyera yüksəlişi imkanlarını dəstəkləyən əməkdaş proqramları;
* Şirkət tərəfindən təşkil olunan sosial tədbirlər, komanda quruculuğu fəaliyyətləri və könüllülük təşəbbüsləri.
İndi müraciət et
Proqramlarımız
© 2026 SABAH.HUB. Bütün haqları qorunur.
