Baş hesabatlılıq və büdcələşdirmə mütəxəssisi
SABAH.HUB
Son tarix:
2026-10-31
Full-time
Full-time
İşin qısa təsviri
Böyüyən investisiya holdinq şirkətinin Qrup Maliyyə funksiyası çərçivəsində çalışan, maliyyə planlaşdırması və təhlili (FP&A) üzrə baş mütəxəssis holdinq və onun portfel şirkətləri üzrə illik büdcə dövrünün, yenilənən (rolling) proqnozların və idarəetmə hesabatlarının təşkilinə cavabdehdir. Bu vəzifə biznes bölmələri və Maliyyə rəhbərliyi üçün analitik biznes tərəfdaşı rolunu oynayır, maliyyə məlumatlarını icra rəhbərliyi və Direktorlar Şurası üçün qərarvermə əsası olan təhlillərə çevirir. Yüksək müstəqillik səviyyəsində çalışan mütəxəssis Qrupun planlaşdırma və hesabatlılıq nəticələrinin etibarlılığına, dəqiqliyinə və vaxtında təqdim olunmasına cavabdehdir, eyni zamanda maliyyə təşkilatının analitik məhsullarının keyfiyyətini davamlı olaraq yüksəldir.
Tələblər
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
Maliyyə və ya əlaqəli ixtisas üzrə magistr dərəcəsi üstünlükdür;
Maliyyə, idarəetmə hesabatlılığı, maliyyə planlaşdırılması və ya büdcələşdirmə sahəsində, ideal olaraq holdinq şirkəti, bir neçə hüquqi şəxsi əhatə edən qrup və ya “Böyük Dördlük” (Big Four) mühitində 5–8 illik, məsuliyyət dairəsi mərhələli şəkildə artan iş təcrübəsi;
Bir neçə hüquqi şəxs üzrə büdcələşdirmə və proqnozlaşdırma proseslərinə başdan sona rəhbərlik etmək üzrə təsdiqlənmiş təcrübə;
Maliyyə modellərinin, idarəetmə hesabatlılığı sistemlərinin və maliyyə planlaşdırılması proseslərinin sıfırdan qurulması üzrə güclü təcrübə.
Üstünlüklər
Bazar standartlarına uyğun rəqabətqabiliyyətli əmək haqqı;
Geniş sosial paket, o cümlədən tibbi sığorta və Push30 abunəliyi;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları, həmçinin əməkdaşların inkişafını dəstəkləyən proqramlar;
Şirkət tərəfindən təşkil olunan sosial tədbirlər, komanda quruculuğu) fəaliyyətləri və könüllülük imkanları.
İndi müraciət et
Proqramlarımız
© 2026 SABAH.HUB. Bütün haqları qorunur.
