Baş korporativ maliyyə analitiki

SABAH.HUB

Calendar

Son tarix:

2026-11-22

Work Icon

Full-time

İşin qısa təsviri

Korporativ Maliyyə / İnvestisiya funksiyası çərçivəsində Baş Analitik investisiya imkanlarının təhlili, şirkətlərin qiymətləndirilməsi, birləşmə və satınalma (M&A) əməliyyatlarının icrası, maliyyələşdirmə və maliyyə təhlili istiqamətlərində dəstək göstərəcək. Bu vəzifə mürəkkəb maliyyə modellərinin qurulmasını, ətraflı qiymətləndirmələrin aparılmasını, habelə investisiya və kapitalın bölüşdürülməsi qərarlarını dəstəkləyən analitik materialların hazırlanmasını nəzərdə tutur. Sürətli templə işləyən, əməliyyat yönümlü mühitdə müstəqil fəaliyyət göstərən mütəxəssis güclü analitik bacarıqlarını və kommersiya baxışını investisiya dövrünün müxtəlif mərhələlərində, yəni ilkin qiymətləndirmə və hərtərəfli yoxlamadan (due diligence) tutmuş əməliyyatın icrasına və davamlı performans monitorinqinə qədər tətbiq edəcək.

Tələblər

Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqəli kəmiyyət sahələri üzrə bakalavr dərəcəsi;
Maliyyə və ya MBA üzrə magistr dərəcəsi üstünlükdür;
Korporativ maliyyə, investisiya bankçılığı, özəl kapital (Private Equity), əməliyyatlar üzrə məsləhətçilik (Transaction Advisory), qiymətləndirmə (Valuation) və ya “Böyük Dördlük” (Big Four) şirkətlərinin Deals, Corporate Finance istiqamətlərində 5–8 illik müvafiq iş təcrübəsi;
Real əməliyyatlar üzrə maliyyə modelləşdirilməsi və şirkət, aktiv qiymətləndirilməsi sahəsində təsdiqlənmiş təcrübə;
M&A, investisiya təhlili və ya özəl kapital, vençur kapitalı (PE / VC) mühitində praktiki təcrübə üstünlükdür.

Üstünlüklər

Bazar standartlarına uyğun rəqabətqabiliyyətli əmək haqqı;
Tibbi sığorta və Push30 abunəliyi;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları, həmçinin əməkdaşların inkişafını dəstəkləyən proqramlar.

İndi müraciət et

sabahhub logo

Proqramlarımız



Bülletenə abunə olun və ən son fürsətlərimizi qaçırmayın.

A:

Bayıl Bay,Qurban Abbasov 5

E:

info@sabahhub.com

P:

Akselerasiya: + 994 (051) 240-16-97
İnkubasiya: + 994 (051) 277-13-50
Akademiya: + 994 51 240 16 74

facebook linkedin instagram instagram

© 2026 SABAH.HUB. Bütün haqları qorunur.