Strategiya üzrə mütəxəssis

SABAH.HUB

Calendar

Son tarix:

2026-09-30

Work Icon

Full-time

İşin qısa təsviri

Strategiya üzrə mütəxəssis olaraq SABAH.HUB-da strateji təşəbbüslərin formalaşdırılması və həyata keçirilməsində, eləcə də müştərilərimiz üçün yüksək təsirə malik layihələrin icrasında mühüm rol oynayacaqsınız. Biznes konsaltinqi sahəsində əldə etdiyiniz təcrübə və iqtisadi prosesləri dərindən anlama bacarığınız sayəsində dəyər yaradan analitik yanaşmalar və praktik həllər təqdim edəcək, təşkilat daxilində innovasiyaların və strateji inkişafın təşviqinə töhfə verəcəksiniz.

Tələblər

Biznes, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
Konsaltinq və ya müvafiq sənaye sahəsində 3–5 il iş təcrübəsi və yüksək təsirə malik layihələrin uğurla həyata keçirilməsi üzrə təsdiqlənmiş təcrübə;
Strateji təhlil, bazar araşdırması və biznes planlaşdırılması sahələrində yüksək səviyyədə bilik və bacarıqlar;
rəqəmsal iqtisadiyyat və innovasiya ekosistemləri haqqında məlumatlılıq;
MS Office proqramlarında (Excel, PowerPoint, Word) yüksək səviyyədə işləmə bacarığı;
Azərbaycan və ingilis dillərində şifahi və yazılı ünsiyyət bacarıqlarının yüksək səviyyədə olması;
Güclü təqdimat və fasilitasiya bacarıqları;
Müxtəlif maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq bacarığı;
Problem həlli, mürəkkəb məlumatların təhlili və praktik nəticə və tövsiyələrin formalaşdırılması üzrə güclü bacarıqlar;
Əməkdaşlığa və dəyişən şəraitə uyğunlaşmağa əsaslanan yanaşma ilə layihə və komandalara rəhbərlik etmək üzrə təcrübə;
Minimum nəzarət altında müstəqil işləmək bacarığı;
Süni intellekt (AI) alətləri üzrə savadlılıq və onlardan effektiv istifadə bacarığı;
Tədqiqat, məlumatların təhlili və strateji planlaşdırma proseslərində AI alətlərindən effektiv istifadə etmək bacarığı;
AI tərəfindən yaradılmış nəticələri tənqidi şəkildə qiymətləndirmək və onların düzgünlüyünü yoxlamaq bacarığı.

Üstünlüklər

Bazar standartlarına uyğun rəqabətqabiliyyətli əmək haqqı;
Geniş sosial paket, o cümlədən tibbi sığorta və Push30 abunəliyi;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları, həmçinin əməkdaşların inkişafını dəstəkləyən proqramlar;
Şirkət tərəfindən təşkil olunan sosial tədbirlər, komanda quruculuğu) fəaliyyətləri və könüllülük imkanları.

İndi müraciət et

sabahhub logo

Proqramlarımız



Bülletenə abunə olun və ən son fürsətlərimizi qaçırmayın.

A:

Bayıl Bay,Qurban Abbasov 5

E:

info@sabahhub.com

P:

Akselerasiya: + 994 (051) 240-16-97
İnkubasiya: + 994 (051) 277-13-50
Akademiya: + 994 51 240 16 74

facebook linkedin instagram instagram

© 2026 SABAH.HUB. Bütün haqları qorunur.