AI Full-Stack Developer (AI Məhsul Developeri)
Dapti
Son tarix:
2026-09-06
Full-time
Full-time
İşin qısa təsviri
Gemini, OpenAI və digər oxşar platformalar kimi Böyük Dil Modellərinin (LLM) API-ləri ilə inteqrasiya olunmuş AI əsaslı məhsulları hazırlamaq və inkişaf etdirmək;
iframe əsaslı interfeyslər də daxil olmaqla frontend komponentlərini hazırlamaq və sıfırdan sürətli funksional prototiplər yaratmaq;
Backend arxitekturasını layihələndirmək və miqyaslana bilən API-lər hazırlamaq;
Mövcud sistemləri Gemini API və digər LLM provayderləri də daxil olmaqla AI xidmətləri ilə inteqrasiya etmək;
Sürətli iterasiya və məhsulun validasiyası vasitəsilə MVP-ləri hazırlamaq, test etmək və davamlı olaraq təkmilləşdirmək;
Texniki həllərin hazırlanması və texniki sənədlərin idarə olunması məqsədilə çarpaz funksional komandalarla əməkdaşlıq etmək;
Məhsulun hazırlanması prosesi boyunca yüksək keyfiyyətli, miqyaslana bilən və davamlı proqram təminatının hazırlanmasını təmin etmək.
Tələblər
Texniki Bacarıqlar
Kompüter Elmləri, Proqram Mühəndisliyi, İnformasiya Texnologiyaları, Süni İntellekt və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
Full-Stack Development sahəsində frontend və backend texnologiyaları üzrə praktiki iş təcrübəsi;
Gemini, OpenAI, Claude və ya oxşar AI xidmətləri kimi Böyük Dil Modellərinin (LLM) inteqrasiyası və AI əsaslı məhsulların hazırlanması üzrə təcrübə;
Prompt Engineering üzrə güclü bilik və proqram təminatının hazırlanması prosesində AI alətlərindən praktiki istifadə təcrübəsi;
Sürətli prototiplərin (Rapid Prototyping) hazırlanması və ideyaların funksional MVP-lərə çevrilməsi üzrə təcrübə;
iframe və embedding texnologiyaları ilə praktiki iş təcrübəsi;
Python, Django və ya oxşar texnologiyalar əsasında backend proqramlaşdırma üzrə güclü təcrübə;
REST API-lərin və üçüncü tərəf AI xidmətlərinin layihələndirilməsi, hazırlanması və inteqrasiyası üzrə təcrübə;
AWS (Amazon Web Services) platformasında bulud infrastrukturu, hosting və ya deployment üzrə praktiki bilik;
Google Cloud Platform (GCP) xidmətləri və inteqrasiyaları ilə iş təcrübəsi;
Verilənlər bazaları, data strukturları və məlumatların emalı prinsipləri üzrə yaxşı bilik;
Git və GitHub versiya nəzarət sistemləri ilə işləmək təcrübəsi;
Xüsusilə AWS olmaqla, bulud (Cloud) mühitində tətbiqlərin deploy edilməsi üzrə təcrübə.
Əsas Səriştələr
Təşəbbüskarlıq göstərmək, müstəqil işləmək və yüksək keyfiyyətli nəticələr əldə etmək bacarığı (Ownership);
Texniki problemləri operativ şəkildə müəyyən etmək və effektiv həll etmək bacarığı;
Çarpaz funksional komandalarla səmərəli əməkdaşlıq edə biləcək güclü ünsiyyət və əməkdaşlıq bacarıqları;
Yeni texnologiyaları və AI framework-lərini qısa müddətdə öyrənmək və tətbiq etmək bacarığı;
Dinamik məhsul inkişafı mühitində bir neçə prioriteti eyni vaxtda effektiv idarə etmək bacarığı;
Güclü analitik düşüncə və detallara diqqət.
Aşağıdakı keyfiyyətlər üstünlük hesab olunur:
AI tutor, chatbot, AI assistant və ya digər intellektual sistemlər kimi AI əsaslı tətbiqlərin hazırlanması üzrə təcrübə;
Kibertəhlükəsizlik sahəsində bilik və ya iş təcrübəsi;
DevOps yanaşmaları və infrastruktur təhlükəsizliyi üzrə bilik.
İndi müraciət et
Proqramlarımız
© 2026 SABAH.HUB. Bütün haqları qorunur.
