Süni İntellekt üzrə Təlimçi
Peerstack Academy
Son tarix:
2026-09-04
Full-time
Full-time
İşin qısa təsviri
Tələbələrin təhsil prosesi boyunca inkişafına mentorluq etmək və gündəlik irəliləyişlərini izləmək;
AI tətbiqlərinin hazırlanması, Agentic AI, Machine Learning və Data Science istiqamətlərində layihə əsaslı tədris fəaliyyətlərinə rəhbərlik etmək;
Tələbələrin istehsalata hazır (production-ready) AI tətbiqləri, intellektual agentlər və multi-agent sistemləri hazırlamasına nəzarət etmək;
Gündəlik stand-up görüşlərini, texniki müzakirələri, arxitektura icmallarını (architecture reviews), code review sessiyalarını, debugging sessiyalarını və komanda əsaslı inkişaf fəaliyyətlərini təşkil etmək;
Tələbələrə müasir proqram mühəndisliyi yanaşmalarından istifadə etməklə AI həllərinin layihələndirilməsi, hazırlanması, test edilməsi, qiymətləndirilməsi və istifadəyə verilməsi prosesində mentorluq etmək;
Fərdi mentorluq görüşləri keçirmək və tələbələr üçün fərdi inkişaf planları hazırlamaq;
Tələbələrin performansını izləmək, əlavə dəstəyə ehtiyacı olan tələbələri müəyyən etmək və onlara akademik və texniki dəstək göstərmək;
Tələbələrə texniki müsahibələrə hazırlıq, AI portfoliolarının qiymətləndirilməsi, GitHub layihələrinin nəzərdən keçirilməsi və karyera hazırlığı proseslərində dəstək göstərmək;
AI üzrə tədris materiallarının, praktiki tapşırıqların, capstone layihələrinin və tədris proqramının hazırlanmasına və davamlı təkmilləşdirilməsinə töhfə vermək;
Proqramın yüksək keyfiyyətlə icrasını təmin etmək məqsədilə Software Engineering və Operations komandaları ilə sıx əməkdaşlıq etmək;
Təşkilatın ehtiyaclarına uyğun daxili AI əsaslı həllərin hazırlanmasına dəstək göstərmək;
Hackathon, workshop, AI tədbirləri və texniki icma təşəbbüslərində iştirak etmək;
Yeni yaranan AI texnologiyalarını, framework-ləri və sənayenin ən yaxşı təcrübələrini daim izləmək, Peerstack Academy-nin AI proqramlarının davamlı inkişafına töhfə vermək;
Bütün fəaliyyətlərin Peerstack Academy-nin təhsil standartlarına, tədris metodologiyasına və əsas dəyərlərinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək.
Tələblər
Texniki Bacarıqlar
Kompüter Elmləri, Süni İntellekt, Proqram Mühəndisliyi, Data Science, İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
Süni intellekt əsaslı tətbiqlərin və ya intellektual proqram təminatı sistemlərinin hazırlanması sahəsində minimum 2 il peşəkar iş təcrübəsi;
Böyük Dil Modelləri (Large Language Models – LLMs) və müasir AI inkişaf alətləri ilə praktiki iş təcrübəsi;
AI tətbiqləri, AI agentləri, Agentic AI iş axınları (workflows) və ya Multi-Agent sistemlərinin layihələndirilməsi və ya hazırlanması üzrə təcrübə;
Machine Learning və Data Science sahələrinin fundamental prinsipləri üzrə yaxşı bilik;
Python proqramlaşdırma dili üzrə güclü bilik və praktiki təcrübə;
REST API-lərin və üçüncü tərəf AI xidmətlərinin inteqrasiyası üzrə təcrübə;
Git və GitHub platformaları ilə işləmək təcrübəsi;
Proqram arxitekturası, API-lər və müasir proqram təminatının hazırlanması metodologiyaları haqqında bilik;
İngilis dilində texniki sənədlərlə işləmək bacarığı;
Open Source AI layihələrinə töhfə vermiş namizədlərə üstünlük verilir;
AI hackathonlarında və ya startup mühitində iştirak təcrübəsi üstünlük hesab olunur.
Əsas Səriştələr
Təşəbbüskarlıq göstərmək, tapşırıqları müstəqil şəkildə idarə etmək və uğurlu nəticələr əldə etmək bacarığı (Ownership);
Azərbaycan və ingilis dillərində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
Tələbələrin, junior mühəndislərin və ya texniki komandaların inkişafına dəstək göstərmək üzrə güclü mentorluq və kouçinq bacarıqları;
Bootcamp və ya texniki tədris proqramlarında təlimçi, mentor və ya kouç kimi fəaliyyət təcrübəsi üstünlük hesab olunur;
Güclü analitik düşüncə və problem həll etmə bacarıqları;
Texniki və əməliyyat komandaları ilə səmərəli əməkdaşlıq edə biləcək güclü əməkdaşlıq və interpersonal bacarıqlar;
Davamlı öyrənməyə, bilik paylaşımına və gələcəyin AI mütəxəssislərinin inkişafına həvəs.
Aşağıdakı texnologiyalardan bir və ya bir neçəsi üzrə təcrübə üstünlük hesab olunur (hamısının olması tələb olunmur):
Python
OpenAI API
Anthropic Claude
Google Gemini
Hugging Face
LangChain
LangGraph
LlamaIndex
CrewAI
Microsoft AutoGen
Retrieval-Augmented Generation (RAG)
AI Agentləri və Multi-Agent Sistemləri
Model Context Protocol (MCP)
Prompt Engineering
Vektor verilənlər bazaları (Pinecone, Weaviate, Chroma, Qdrant və ya oxşar platformalar)
FastAPI
Docker
Kubernetes
PostgreSQL
Redis
Git və GitHub
AWS, Azure, GCP və ya digər bulud (Cloud) platformaları
AI Evaluation, Observability və Monitoring alətləri
İndi müraciət et
Proqramlarımız
© 2026 SABAH.HUB. Bütün haqları qorunur.
