Software Engineer (Tech Lead)

Peerstack Academy

Calendar

Son tarix:

2026-09-25

Work Icon

Full-time

İşin qısa təsviri

Təlimçi-proqramçılardan ibarət komandanı idarə etmək;
Təlimçi-proqramçıların sahələrinə aid performans göstəricilərini izləmək və lazımi strategiyanın tərtib olunmasını təmin etmək;
Kurikulum və sillabusların tərtib olunmasında yaxından iştirak etmək;
Texniki strategiyanı formalaşdırmaq və icrasına rəhbərlik etmək;
Texniki komandanınişə qəbul prosesinə, inkişafına və fəaliyyətinə rəhbərlik etmək;
Tələbələrin proqram üzrə gündəlik inkişafını izləmək və onlara mentorluq etmək;
Layihə əsaslı tədris prosesini idarə etmək və tələbələrin real proqram təminatı layihələri üzərində işləməsinə rəhbərlik etmək;
Gündəlik stand-up görüşləri, kod müzakirələri, pair programming və code review sessiyalarını təşkil etmək;
Tələbələrin qarşılaşdığı texniki problemlərin həllində istiqamətləndirici mentor kimi çıxış etmək;
Fərdi mentorluq görüşləri keçirmək və tələbələrin inkişaf planlarını hazırlamaq;
Tələbələrin proqram üzrə irəliləyişini izləmək, risk altında olan tələbələri müəyyən etmək və onlara əlavə dəstək göstərmək;
Texniki müsahibələr, CV yoxlanışı, GitHub portfolio baxışı və karyera hazırlığı prosesində tələbələrə dəstək olmaq;
Tədris materiallarının, tapşırıqların və praktiki layihələrin hazırlanmasına və inkişafına töhfə vermək;
Daxili tələbata uyğun rəqəmsal həllərdə digər təlimçi-proqramçılarla birlikdə dəstək vermək;
Hackathon, workshop və digər texniki tədbirlərdə iştirak etmək və onların təşkilinə dəstək göstərmək;
Peerstack Academy-nin təhsil standartlarına və dəyərlərinə uyğun fəaliyyət göstərmək.

Tələblər

Texniki Bacarıqlar Kommersiya proqramlaşdırması sahəsində minimum 3 il iş təcrübəsi;
Obyekt yönümlü proqramlaşdırma (OOP) prinsiplərini dərindən bilməsi;
Git və GitHub ilə işləmək bacarığı;
SQL və verilənlər bazaları ilə iş təcrübəsi;
REST API-lərin hazırlanması və istifadəsi haqqında bilik;
Proqram təminatının hazırlanması prosesini və müasir development workflow-larını bilməsi;
Problemləri analiz etmək və həll yollarını izah etmək bacarığı;
Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı;
İngilis dilində texniki sənədlərlə işləmək bacarığı. Aşağıdakı texnologiyalardan bir və ya bir neçəsi üzrə təcrübə üstünlük hesab olunur (hamısının olması tələb olunmur): Java | Python | JavaScript / TypeScript | React / NextJS | Node.js | Spring Boot | C | C# | Go | Rust | Docker | Linux | AWS və ya digər Cloud platformaları | Süni intellekt və AI Development alətləri Üstünlük veriləcək namizədlər Senior Software Engineer və ya Team Lead təcrübəsi olanlar;
Junior proqramçıların mentorluğu ilə məşğul olmuş şəxslər;
Bootcamp və ya tədris proqramlarında mentor və ya instructor kimi fəaliyyət göstərənlər;
Open Source layihələrdə iştirak edənlər;
Hackathon və startup təcrübəsi olanlar;
AI və müasir proqramlaşdırma alətləri ilə işləyənlər.

İndi müraciət et

sabahhub logo

Proqramlarımız



Bülletenə abunə olun və ən son fürsətlərimizi qaçırmayın.

A:

Bayıl Bay,Qurban Abbasov 5

E:

info@sabahhub.com

P:

Akselerasiya: + 994 (051) 240-16-97
İnkubasiya: + 994 (051) 277-13-50
Akademiya: + 994 51 240 16 74

facebook linkedin instagram instagram

© 2026 SABAH.HUB. Bütün haqları qorunur.