Akselerasiya

Akselerasiya proqramı

5 aylıq SABAH.lab Akselerasiya proqramı artıq öz minimal mümkün məhsulu (MVP) olan startaplara maliyyə, mentorluq və kouçinq dəstəyi göstərməklə onları investisiyaya hazır vəziyyətə gətirir.

 

Proqram qrafiki

  • Startapların əsasları

    4 həftə

    Ekspertlərimizlə çalışaraq sahibkarlıq düşüncəsini inkişaf etdirilməsi, ideyalar formalaşdırması və dizayn düşüncəsinin inkişaf etdirilməsi.

    Startapların əsasları
  • Strateji yol və maliyyə proqnozu

    3 həftə

    Strategiya xəritəsi qurulması, maliyyə proqnozunun hazır edilməsi və startapların potensial investor görüşlərinə məqsədli şəkildə hazırlığı.

    Strateji yol və maliyyə proqnozu
  • Təqdimat məşqləri

    4 həftə

    Komandaların təqdimat bacarıqlarının məşq etdirilməsi, xarici eskpertərlə konsultasiya imkanı yaratmaqla onların Vençur günününə tam hazır edilməsi.

    Təqdimat məşqləri
  • Prototip / MVP hazırlamaq

    2 həftə

    Startaplar üçün MVP-nin tənzimlənilməsi, onların test mərhələsinə hazır edilməsi və ekspertlərin dəstəyi ilə biznes modelinin inkişaf etdirilməsi.

    Prototip / MVP hazırlamaq
  • Satış və marketinq dəstəyi

    3 həftə

    Marketinq strategiyasının hazırlanılması, netvörkinq imkanlarımız sayəsində həm satış, həm də investor kanallarına çıxışın təmin olunması və gələcək investisiya üçün fürsətlərin yaradılması.

    Satış və marketinq dəstəyi

Qəbul prosesi

  • Onlayn qeydiyyat

    Onlayn qeydiyyat

    Addım 01

    Namizədlər qeydiyyat formunu doldurarkən təlimatdakı göstərişlərə diqqət edilməlidir, bütün lazımi fayllar yerləşdirilməlidir.

  • Müraciətlərə baxış

    Müraciətlərə baxış

    Addım 02

    Son müraciət tarixindən əvvəl təqdim edilmiş bütün müraciətlər nəzərdən keçirilir. Uyğun müraciətçilər seçilərək intervyu mərhələsinə dəvət alır.

  • Komandamız ilə intervyu

    Komandamız ilə intervyu

    Addım 03

    Bu mərhələdə startap komandaları ideya, biznes modeli və təqdimat bacarıqlarına əsasən qiymətləndirilir.

  • Proqram tərəfdaşları ilə intervyu

    Proqram tərəfdaşları ilə intervyu

    Addım 04

    Seçilmiş komandalar öz startaplarını proqram tərəfdaşlarımıza və idarə heyətimizə təqdim edir. 10-15 arası komanda Akselerasiyaya qəbul edilir.

     

Dəstək funksiyaları

  • Startap tədris proqramı

    Startap tədris proqramı

    Tərəfdaşlarla birgə həyata keçirəcəyimiz praktiki sessiya və görüşlərin yer aldığı tədris proqramı.

  • Mentorluq

    Mentorluq

    Proqram hər komandaya onlara yol göstərəcək yerli və xarici mentorlar təyin olunur.

  • Maliyyə dəstəyi

    Maliyyə dəstəyi

    Proqramın sonunda ən çox müvəffəqiyyət göstərmiş startaplar SABAH tərəfindən minimum 100.000 dollar dəyərində investisiya alacaqlar.

  • 24/7 açıq ofis

    24/7 açıq ofis

    Rezident komanda üzvlərimizə ofisimizdə davamlı istifadə edə biləcəkləri xüsusi çalışma zonası ayrılmışdır.

  • Ekspert və investor şəbəkəsi

    Ekspert və investor şəbəkəsi

    Komandalarımız ekspert hovuzuna çıxış əldə edərək ekosistemin qabaqcıl ekspertləri ilə konsultasiya və investorlarla görüş imkanı qazanacaqlar.

  • Daxildən dəstək

    Daxildən dəstək

    Ödənişsiz IT, marketinq, UI/UX, maliyyə və mühasibat, hüquq xidməti.

  • Davamlı kouçinq

    Davamlı kouçinq

    SABAH.HUB proqram komandası tərəfindən proqresin daimi izlənilməsi.

  • Satış kanalları

    Satış kanalları

    Bizim partnyor şəbəkəmizdən istifadə etməklə potensial müştəri və satış kanallarına çıxış.

  • Dövlət təşkilatlarına çıxış

    Dövlət təşkilatlarına çıxış

    Dövlət təşkilatlarına çıxışın əlçatan olması və rəsmiləşmə prosedurlarının çevikliyinə dəstək.

  • Talant şəbəkəsi

    Talant şəbəkəsi

    Müxtəlif sənayelərdə təcrübəsi olan istedadlı şəxslərdən ibarət talant şəbəkəsinə çıxış.

Təkcə startap ideyan var?

Elə isə indi İnkubasiya proqramımıza qoşulmaqla təklif etdiyimiz üstünlüklərdən yararlanmağa tələs.

Daha ətraflı
Təkcə startap ideyan var?