Akademiya proqramı

Bir təhsil platforması kimi sahibkarlıqla bağlı mürəkkəb bilikləri sadələşdirərək hər kəs üçün əlçatan edir. 4 aylıq müddəti əhatə edən SABAH.academy proqramı universitetlərin 1-ci kurslarından startaplara, eləcə də korporasiyalara qədər fərqli auditoriyalara müraciət edir.

 
Akademiya

Proqramlarımız 3 əsas
istiqamətə bölünür:

  • İnnovasiya & Yaradıcılıq
    01

    İnnovasiya & Yaradıcılıq

    Dizayn düşüncə prinsipləri və texnikalarını birləşdirmək, tələbələrdə innovativ və yaradıcı düşüncə tərzini formalaşdırmaq, nəticədə dünyadakı real problemlərə həll yoları tapmaqları üçün onları təşviq etmək.

     
  • Problem həll etmə & Tənqidi düşüncə
    02

    Problem həll etmə & Tənqidi düşüncə

    Strukturlu və analitik yanaşmalardan istifadə edərək tələbələrə mürəkkəb problemlərə fərqli yanaşmağı öyrətmək, həmçinin onlara tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməkdə kömək etmək.

  • Əməkdaşlıq & Komanda işi
    03

    Əməkdaşlıq & Komanda işi

    Əməkdaşlığın və komanda işinin vacibliyini vurğulayaraq SABAH.academy tələbələrinə layihələrin və ya xüsusi məsələlərin üzərində işləmək şansı yaratmaq. Bu həm də onlara sahibkarlıq dünyasında uğur qazanmaq üçün vacib olan kommunikasiya bacarıqlarını inkişaf etdirməkdə kömək edəcək.

     

Proqramlar

1.

Əsas başlıqlar

1. Ümumi sahibkarlıq prosesinin başa düşülməsi;

2. Sahibkar təfəkkürünü qavramaq və tətbiq etmək;

3. Sahibkarlıq prosesinin əsas komponentlərini analiz etmək;

4. Sahibkarlıq prosesini real ideyalara tətbiq etmək.

İştirakçılar nə əldə edəcək?

1. Sahibkarlığın əsasları haqqında biliklər

2. “Soft skills” - Yumşaq bacarıqlar

3. Bugünkü iş bazarında daha çox iş imkanı

4. Sahibkarlıq və startap ekosisteminə maraq

2.

Əsas başlıqlar

1. Təkmilləşdirilmiş sahibkarlıq prosesindəki açar biliklər;

2. Makro və mikro perspektivdən biznes;

3. Problemlərin həlli üçün “tətbiq etmə” yanaşması;

4. Qısa qlobal nümunələr və praktiki məşğələlər.

İştirakçılar nə əldə edəcək?

1. Liderlik bacarıqlarını daha da təkmilləşdirəcəklər;

2. Biznes intellekti və strategiyalarını daha da inkişaf etdirəcəklər;

3. Qlobal səviyyədə bilik və təcrübələr əldə edəcəklər;

4. Öz vəzifələrində  ən yaxşı səviyyəyə çatacaqlar.

Startap ideyan var?

Elə isə indi İnkubasiya proqramımıza qoşulmaqla təklif etdiyimiz üstünlüklərdən yararlanmağa tələs.

Müraciət
Startap ideyan var?